Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsini öyrənək və davam etdirək

01.05.2023

Mayın 1-də Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Təhsil Sektorunun dəstəyi, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev irsini öyrənək və davam etdirək” mövzusunda tədbir keçirilib.

Muzeydə keçirilən tədbirdə Teymur bəy Bayraməlibəyov adına Yeddioymaq kənd 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin elmi işçisi Dilgüşə Məmmədova, məktəbin müəllimi Kənan Hüseynov çıxış edərək Heydər Əliyevin azərbaycançılıq  ideyalarına əsaslanan fəaliyyətindən və Ulu Öndər irsinin öyrənilməsinin, təbliğ edilməsinin gələcək nəsillər üçün zəngin xəzinə olmasından danışıblar.    

Sonra şagirdlərin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib.

 Yekunda iştirakçılar muzey və qalereyaya ekskursiya ediblər.