Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İşıq mücəssəməli ömür

28.04.2023

Aprelin 28-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə muzeydə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan “İşıq mücəssəməli ömür” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Muzeyin direktoru Əntiqə Tağıyeva, qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə Əliyevanın mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisi olmaqla yanaşı onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana , yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətləri özündə cəmləşdirən bir insan olmasından danışıblar.