Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nurlu ömrün salnaməsi

28.04.2023

Aprelin 28-də Masallı rayon Mərkəzi  Kitabxanasında görkəmli oftolmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib. 

Tədbirdə öncə Ulu öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin çox zəngin və əhatəli cəhətləri haqqında danışıb. Sonra kitabxananın əməkdaşı Rasif Dadaşov mövzu ilə bağlı məruzə edib.O,vurğulayıb ki, Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Akademik Zərifə Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbycan tibb elminin parlaq səhifələridir.

Qeyd olunub ki, Zərifə Əliyeva onu xatırlayanların yaddaşında təkcə alim kimi xidmətləri, dövlətinə, xalqına sadiqlik keyfiyyətləri ilə deyil, həm də  onların qəlbində ailə dəyərlərinə möhkəm bağlı olan mükəmməl insan kimi silinməz iz salmışdır.