Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İnsanlara nur bəxş edən həkim

28.04.2023

Aprelin 28-də Yardımlı rayon Mərkəzi xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar "İnsanlara nur bəxş edən həkim" adlı tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və xəstəxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Məmmədova akademik Zərifə Əliyevanın məğrur Azərbaycan qadınına məxsus mətanət və mübarizliyin, zəriflik və nəcibliyin, elm və təfəkkürün, həkimlik və pedaqoqluğun,  alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksəldiyini vurğulayıb.

Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə,  xəstəxananın həkimi  Himayət Mahmudov, akademik Zərifə Əliyevanın elmi-pedaqoji fəaliyəti çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsindən söz açıblar. Qeyd olunub ki, akademik Zərifə Əliyeva xalqımızın qəlbində əbədi yaşayacaq, daim dərin ehtiram və rəğbətlə anılacaqdır.

Yekunda "Əsl Məhəbbət haqqında" sənədli filmi izlənilib.