Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bir dahinin həyat yoluna səyahət

27.04.2023

Aprelin 27-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev ili" çərçivəsində "Bir dahinin həyat yoluna səyahət" adlı layihənin növbəti tədbiri keçirilib.

Şəfəqli kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycanın dahi oğlu, xalqımızın tarixində silinməzlər izlər qoyan, ölkəmizin gələcək təminatı üçün əvəzsiz işlər görən Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.

Yekunda tədbir iştirakçıları mərkəzdə mövcud olan eksponatlar və sərgilərlə tanış olublar.