Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

27.04.2023

Aprelin 27-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda dəyirmi masa  keçirilib.

Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının müavini Əfsanə Məmmədova, Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı Təhsil sektorunun müdiri Kamal Təhməzov, mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə çıxış edərək Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etməsindən, işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində onun tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulmasından, həmçinin bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatmasından danışıblar.

Yekunda iştirakçılar mərkəzdə olan ekponatlar və sərgilərlə tanış olublar.