Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli oftalmologiya elmini dünyada tanıdan böyük alim

27.04.2023

Aprelin 27-də Masallı Rayon Mərkəzi Xəstəxanasında akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunan “Milli oftalmologiya elmini dünyada tanıdan böyük alim” mövzusunda tədbir keçirilib. 

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının və mərkəzi xəstəxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki,  böyük alim olmaqla yanaşı, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva ümummili lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

Xəstəxananın direktoru İlqar Ramizoğlu, həkim-oftalmoloq Gülnarə Məmmədova, mərkəzinin direktoru Dilbər İbayeva tədbirdə çıxış edərək akademikin həyat və fəaliyyətindən, həmçinin Ümummilli Liderin adını daşıyan mərkəzdə akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən söhbət açıblar.

Yekunda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan video-çarx nümayiş olunub.