Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə Əliyeva-Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyət

27.04.2023

Aprelin 27-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar “Zərifə Əliyeva-Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyət” adlı tədbir keçirilib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin, Dövlət Rəsm Qalereyasının və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Çıxışlarda akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçməsindən, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verməsimdən söhbət açılıb. Qeyd olunub ki, alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür.