Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mir Cəlal Paşayev-115

26.04.2023

Aprelin 26-da Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi ilə əlaqədar “Mir Cəlal Paşayev-115” adlı tədbir keçirilib. 

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri girş sözü ilə açan kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.

Sonra kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova məruzə ilə çıxış edib. Qeyd olunub ki, həyatını elmimizin və ədəbiyyatımızın inkişafina sərf edən bu böyük şəxsiyyətin xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.