Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəmiyyətin gələcəyi uşaqlar

26.04.2023

Aprelin 26-da Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq "Cəmiyyətin gələcəyi uşaqlar" mövsuzunda tədbir keçirilib.

Tədbirdə Hamarkənd kənd orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə tədbir iştirakçılarına dövlətimizin uşaqlara dair həyata keçirdiyi strategiya barədə, sağlam gələcək naminə uşaqlara göstərilən diqqət və qayğıdan, o cümlədən uşaqların düzgün təhsil almaları üçün yardılan şəraitdən bəhs edib. 

Sonra tədbir iştirakçılarına mərkəzdə təşkil olunan "Unudulmaz dahi", "Zərifə Əliyeva - 100" adlı sərgilər, həmçinin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib.