Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev Masallıda” mövzusunda dəyirmi masa

26.04.2023

Aprelin 26-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev Masallıda” mövzusunda dəyirmi masa keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatlarının dəstəyi ilə keçirilən tədbirdə partiya veteranları, gənclər və media nümayəndələri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı ölkəmizin hər yerində olduğu kimi Masallıda da silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu, XX və XXI əsrin titanik siyasətçisi Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində misilsiz xidmətlərindən, gərgin və yorulmaz fəaliyyətindən bəhs edərək, Ulu Öndərin Masallı və masallılar haqqında söylədiyi dəyərli fikirləri xatırladıb.

“Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Şərəfə kənd tam orta məktəbinin tarix müəllimi Sərmayə Musayeva, sahibkar Güləş Allahyarov, YAP veteranları Göyçək Ələsgərova, Cəmaləddin Ağayev, Asudə Məmmədova, Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev Ulu Öndərlə bağlı xatirələrini bölüşərək, Heydər Əliyevin Masallı ziyalıları və əmək adamları ilə görüş gününü yaşayanlar kimi özlərini ən xoşbəxt insan hesab etməklə qürurlandıqlarını ifadə ediblər. 

Yekunda xatirə şəkilləri çəkilib.