Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən tarixini öyrənək

20.04.2023

Aprelin 20-də Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı  Fikrət Yaqubzadənin rəhbərliyi altında bir qrup gəncin Masallı Tarix-Diyarşünaslıq Muzeyinə və Masallı Dövlət Rəsm Qalereyasına ekskursiyası təşkil edilib.

“Vətən tarixini öyrənək” başlığı altında təşkil olunan ekskursiyada gənclərə regionun tarixi, adət və ənənələri, tanınmış şəxsləri, qəhrəmanları, rəsm əsərləri haqqında məlumatlar verilib.