Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev-müasir Azərbaycan mədəniyyətinin memarı

20.04.2023

Aprelin 20-də Masallı Tarix- Diyarşünaslıq Muzeyinin təşilatçılığı ilə Masallı şəhər 7 saylı tam orta məktəbində “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev-Müasir Azərbaycan mədəniyyətinin memarı“ mövzusunda tarix dərsi keçirilib.

Məktəbin şagird və müəllim kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı mühazirə oxuyub.

Yekunda şagirdləri maraqlandıran suaalar cavablandırılıb, həmçinin mövzu ətrafında müzakirə aparılıb.