Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsini öyrənək

20.04.2023

Aprelin 20-də Masallı Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində muzeydə “Heydər Əliyev irsini öyrənək” mövzusunda tədbir keçirilib.

Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin(UGİM) müəllim və şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva ümummilli lider Heydər Əliyevı həyatı və onun Azərbaycan xalqının gələcəyi naminə gördüyü böyük işlərdən danışıb. Qeyd olunub ki, xalqımızın milli sərvəti hesab edilən Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsi, həmçinin gənclər arasında təbliğinin əsas missiyalarından biri Vətənə və dövlətə layiqli şəxslərin, o cümlədən mütəxəssis kadrlarların hazırlanmasıdır.

Yekunda tədbir iştirakçıları muzey və qalereyaya ekskursiya edib.