Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ramazan bayramı ərəfəsində Masallıda şəhid ailələri və qazilər ziyarət olunub

19.04.2023

Aprelin 19-da Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin sturukturuna daxil olan Masallı rayon mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin əməkdaşları rayonun Şərəfə, Mahmudavar, Türkoba, Köçəkli kəndlərində yaşayan qazi və şəhid ailələrini ziyarət ediblər.

Ziyarət zamanı qəhrəman Vətən övladlarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs olunub. Həmin döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.

Sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Masallı rayon Komitəsinin tədarük etdiyi bayram sovqatları ailələrə təqdim olunub.