Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda şəhid məzarları ziyarət olunub

19.04.2023

Aprelin 19-da Masallı Tarix -Diyarşünaslıq Muzeyinin, Masallı Dövlət Rəsm Qalereyasının, Şərəfə kənd Folklor Evinin əməkdaşları, həmçinin kənd məktəbinin müəllim kollektivi tərəfindən şəhid Nurlan Əbilovun və Hüsaməddin Xəlilovun məzarları ziyarət edilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva çıxış edərək bildirib ki, torpağı qanı ilə vətən edən oğullarımız daim qəlblərdə yaşayacaq və qürurla xatırlanacaq.