Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi abidələrimizə qarşı erməni vandalizmi

18.04.2023

Aprelin 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Dövlət Regional Kollecinin bir qrup tələbələrinə “ ” mövzusunda mühazirə oxunub.

“18 Aprel – Tarixi abidələrin mühafizəsi Günü” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tarixi, mədəni, memarlıq abidələrinin və müqəddəs dini inanc yerlərimiz  olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələrinin erməni vandalizminin qurbanına çevrildiyi barədə məlumat verib.  

Sonra mərkəzin baş fond mühafizi Gülcahan Vəkilzadə çıxış edərək şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşündə doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizin də erməni vandallarından xilas edildiyini diqqətə çatdırıb.