Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi-70

18.04.2023

Aprelin 18-də Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaradılmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Kitabxana əməkdaşları Rasif Dadaşov, Şəmsurə Nəsirova Azərbaycan Resulikası Mədəniyyət Nazirliyinin yaranma tarixi, nazirliyin strukturu haqqında tədbir iştirakçılarına məlumat verərək görülən işlərdən söhbət açıblar. Qeyd olunub ki, nazirlik dövlətlərarası müqavilələr və çoxtərəfli əməkdaşlıq çərçivəsində beynəlxalq qurumlar vasitəsilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edir, eyni zamanda dünya mədəni sərvətlərinin ölkəmizdə tanıdılması sahəsində əhəmiyyətli proqramlar həyata keçirir.