Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev irsini öyrənək

18.04.2023

Aprelin 18-də Cəlilabad rayon Sabirabad kənd klubunda “Heydər Əliyev ili” çərçivəsində "Heydər Əiiyev irsini öyrənək " mövzusunda tədbir keçirilib.

Klub və kitabxana əməkdaşlarının, həmçinin Sabirabad kənd Nizami Məmmədov adına 1 saylı məktəbin şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sabirabad kənd klubunun müdiri Kəmalə Bağırova, kitabxanaçı Heydran Abasova və məktəbin şagirdi Azadə Bağırova çıxış edərək ümummilli liderin həyat və fəaliyyəti, həmçinin misilsiz xidmətləri haqqında danışıblar.

Sonda tədbir iştirakçıları Ümummilli Liderə həsr olunmuş " Sən elə bir zirvəsən " adlı sərgi ilə tanış olublar.