Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalqa həsr olunan ömür

18.04.2023

Aprelin 18-də Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev ili” çərçivəsində “Xalqa həsr olunan ömür” adlı tədbir keçirilib.

Kitabxana əməkdaşlarının və Rafiq Əlihəsənov adına şəhər 1 saylı tam orta məktəbin Vlll və Xl  sinif şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ümumilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, bütün şərəfli və mənalı ömrünü doğma Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə həsr edən xalqımızın böyük oğlu, müstəqil dövlətimizin qurucusu Heydər Əliyev hələ sağlığında ürəklərdə əbədi ucalığa yüksəlmişdir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Ulu Öndərin parlaq dühası bu gün də Azərbaycana nur saçır.

Sonra kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni mövzu ilə bağlı məruzə edib. Daha sonra məktəbin Vlll sinif şagirdi İsmayıl Qasımov ümumilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb.

Yekunda məktəblilər kitabxana ilə yaxından tanış olaraq, oxumaq istədikləri kitablara abunə yazılıblar.