Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nəsillərə örnək olan ailə dəyərləri

18.04.2023

Aprelin 18-də Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının, Heydər Əliyev Mərkəzi, Masallı Tarix -Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatlarının birgə əməkdaşlığı ilə ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə “Nəsillərə örnək olan ailə dəyərləri” mövzusunda tədbir keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə əvvəlcə ilə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Yap Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva, Gəncləri İkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərindən danışıblar.

Çıxışlarda iki ali insanın timsalında ailə dəyərlərinin bütün səciyyəvi xüsusiyyətlərinin cəmləşdiyi,  onların özlərinə və ətraflarındaki insanlara ciddi tələbkarlıqla, yüksək meyarlarla yanaşmaları, hər bir işdə peşəkarlıq nümunəsi göstərmələri, mənəvi harmoniyaya nail olmaları və bütün bu xüsusiyyətlərin bu gün cəmiyyətimizdə böyük təsirlərə yol açdığı qeyd olunub.