Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda şəhid ailələri ziyarət olunub

18.04.2023

Aprelin 18-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin rəis müavini vəzifəsini icra edən Dadaş Muxtarlı, idarənin sturukturuna daxil olan Yardımlı rayon mədəniyyət müəssisələrinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yardımlı rayon Komitəsinin əməkdaşları rayonun Gavran və Daşkənd kəndlərində şəhid ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin 44 günlük Vətən müharibəsində göstərdikləri igidlik və qəhrəmanlıqlardan danışılıb, şəhid valideyinlərinin övladları haqqında xatirələri dinlənilib.