Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə Əliyeva ömrünün işığı

17.04.2023

Aprelin 17-də Masallı rayon Mərkəzi Kitabxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib.

Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın direktor vəzifəsini icra edən Zamin Məmmədov, kitabxanaın əməkdaşı Şəmsurə Nsirova tədbirdə iştirak edərək Azərbaycan tibb elmində özünəməxsus yeri olan unudulmaz şəxsiyyət Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan bəhs ediblər. Qeyd olunub ki, Zərifə Əliyeva xalqımızın yaddaşında əbədi iz qoymağı bacaran görkəmli alim, vəfalı ömür gün yoldaşı, fədakar ana, yüksək intellekt və mədəniyyətə sahib ziyalı, qayğıkeş həkim, nəcib, həmçinin insanpərvər Azərbaycan qadını kimi bir çox yüksək keyfiyyətləri özündə birləşdirən şəxsiyyət idi.