Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bir rəsmə sığan 65 il

14.04.2023

Aprelin 14-də Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Masallı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı Mirələm Murtuzayevlə 65 illik yubileyi münasibətilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və xoşbəxtlik arzulayıb.Sonra Mirələm Murtuzayev mədəniyyət sahəsindəki xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Masallı Regional Mədəniyyət İdarəsinin “Fəxri Fərman”ı ilə təltif olunub.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü Mirələm baba oğlu Murtuzayev 1979-cu ildən mədəniyyət sahəsində fəaliyyətə başlayıb. Aprelin 11-də 65 yaşı tamam olduğundan Mirələm Murtuzayevin əmək müqaviləsinə xitam verilib.