Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası

15.04.2023

Aprelin 15-də Masallı rayon Mərkəzi Kitabxanasında “Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib.

Kitabxana əməkdaşlarının və fiziki mədudiyyətli şəxslərin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da fiziki məhdudiyyəti olan şəxslərin cəmiyyət həyatına inteqrasiya olunması günün ən vacib məsələlərindən biridir. 

Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiyanı (2008) imzalayan və ratifikasiya edən ilk ölkələrdən biridir. O vaxtdan bəri Azərbaycan Konvensiyanın həyata keçirilməsinə və fiziki məhdudiyyətli insanların ləyaqətinə və hüquqlarına hörmətin təşviqinə əhəmiyyətli səylər göstərib.

Sonda tədbirə gələnlərə kitabxana fondu və kitabdan istifadə qaydaları haqqında ətraflı məlumat verilib.