Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq Mədəniyyət Günü Masallı rayon Mərkəzi Kitabxanasında qeyd olunub

14.04.2023

Aprelin 14-də Masallı rayon Mərkəzi Kitabxanasında  15 aprel-Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Kitabxananın əməkdaşları Ağahüseyn Hüseyni, Rasif Dadaşov çıxış edərək Beynəlxalq Mədəniyyət Günü haqqında məlumat veriblər. Qeyd olunub ki, bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Həmçinin vurğulanıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycanda dövlət mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.