Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Beynəlxalq Mədəniyyət Gününə həsr olunan tədbir keçirilib

14.04.2023

Aprelin 14-də  Cəlilabad rayon Mədəniyyət Mərkəzində 15 aprel- Beynəlxalq Mədəniyyət Gününə hər olunan tədbir keçirilib.

Mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Tədbir Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi iıə başlayıb.

Masallı Regiona Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəsi Elnur Atakişiyev çıxış edərək bu əlamətdar günün tarixindən danışıb və mədəniyyət sahəsində çalışan əməkdaşları təbrik edib.

Yekunda bir qrup mədəniyyət nümyəndəsinə “Fəxri Fərman”lar təqdim olunub/