Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanları tanıyaq

14.04.2023

Aprelin 14-də Masallı Tarix -Diyarşünaslıq Muzeyi “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir Təzə Alvadı kənd 2 saylı tam orta məktəbində keçirilib.

 Vətən müharibəsi qazilərinin , müəllim və şagirdlərin iştirak etidiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 Muzeyin direktoru Əntiqə Tağıyeva, məktəbin direktor əvəzi Azər Cəfərov tədbirin mahiyyətindən, həmçinin belə görüşlərin keçirilməsinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində daşıdığı önəmdən danışıblar.

Sonra Vətən müharibəsi iştirakçıları Talıb Qəzənfərli, Qılman Ağayev, Şəhriyar Əmiraslanon, Tariyel Seyfullayev, Nazim Cəfərzadə, Rəvan Abbasov, Məhəmməd Səlimov keçdikləri döyüş yolundan danışaraq xatirələrini iştirakçılarla bölüşüblər.