Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

15.04.2023

Aprelin 15-də Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərəzində 15 aprel-Beynəlxalq Mədəniyyət Gününə həsr olunan “Heydər Əliyev və Azərbycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.

Mədəniyyət müəssisələrinin əməkşdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Çıxışlarda 15 aprel-Beynəlxalq Mədəniyyət Gününün mahiyyətindən, həmçinin Ümummilli Liderin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan söz açılıb.

Qeyd olunub ki, görkəmli dövlət xadimi Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onlara daim qayğı göstərirdi. Azərbaycanın sənətkarları sovet dövründə məhz ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Azərbaycan müstəqillik qazandıqdan sonra mədəniyyət sahəsində bir müddət çətinliklər yaranmış, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra milli mədəniyyətimizin tərəqqisinə şərait yaradılmışdır.