08.11.2018
Noyabrın 8-də Masallıdakı Bayraq meydanında 9 Noyabr Dövlət Bayrağı Günü və 12 noyabr Konstitutsiya Günü münasibəti ilə möhtəşəm bayram tədbiri keçirildi. Giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbiri açıq elan edərək Azərbaycan bayrağı və konstitutsiyası barədə geniş məruzə etdi. Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, YAP Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev və başqaları öz çıxışları iıə tədbir iştirakşılarını təbrik etdilər. Meydana böyük ölçüdə hazırlanmış Azərbaycan bayrağı gətirildi. Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivlərinin və solistlərin tədbirdə nümayiş etdirdikləri biri birindən maraqlı musiqi nömrələri tamaşaçıların alqışlayı ilə qarşılandı.