Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiya

13.04.2023

Aprelin 13-də 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

Ekskurisyada Cəlilabad rayon 8 saylı orta məktəbin 4-cü sinif şagirdləri iştirak edib. Mərkəzin əməkdaşları tərəfindən ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxşaxəli xidmətləri özündə əks etdirən eksponatlar, şəkillər, kitablar haqqında şagirdlərə geniş məlumat verilib.