Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Örnək qadın ömrü

14.04.2023

Aprelin 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin, Yardımlı rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə mərkəzdə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə "Örnək qadın ömrü" mövzusunda tədbir keçirilib.

Mərkəzin əməkdaşlarının, Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədovanın, xəstəxana kollketivinin, akademik Zərifə Əliyeva adına 1 saylı Uşaq Bağçasının müdiri Gülnarə İsmayılovanın iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə mərkəzi əməkdaşı Zeynəb Məmmədzadə, İcra Hakimiyyəti Başçısının müavini Əfsanə Məmmədova, həkim Himayət Mahmudov çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs ediblər.  

Yekunda iştirakçılar mərkəzdəki sərgilər və eksponatlarla tanış olublar.