Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam gələcəyin təminatçısı sağlam gənclikdir!

14.04.2023

Aprelin 14-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və V.H.Məmmədov adına şəhər 2 saylı orta məktəbin birgə təşkilatçılığı ilə Narkomaniya ilə mübarizəyə dair Tədbirlər Planına uyğun olaraq məktəbdə "Sağlam gələcəyin təminatçısı sağlam gənclikdir!" mövzusunda tədbir keçirilib.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə çıxış edərək bəşəriyyəti ağuşuna alan narkomaniyanın yaratdığı fəsadlardan həmçinin bu bəlaya qarşı ölkəmizdə görülmüş işlərdən bəhs edib.

Sonda şagirdlərin sualları cavablandırılıb.