Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya

13.04.2023

Aprelin 13-də Yardımlı Rayon Məhkəməsi və Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin kollektivi Yardımlı rayon Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə mərkəzin fəaliyyəti, o cümlədən ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tərtib olunmuş sərgilər, həmçinin Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə ekskursiya iştirakçılarına məlumat verib.