Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mənəvi dəyərləri özündə təcəssüm etdirən Azərbaycan qadını

13.04.2023

Aprelin 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və  Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə muzeydə akademik Zərifə Əliyevanın 100 illiyi ilə bağlı “Mənəvi dəyərləri özündə təcəssüm etdirən Azərbaycan qadını” mövzusunda tədbir keçirilib.

Muzey əməkdaşlarının, kollecin müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Əntiqə Tağıyeva, kollecin müdir müavini Dilarə Əliyeva, tələbə Məleykə Əsədova və muzeyin əməkdaşı Sevinc Əliyeva çıxış edərək akademik Zərifə Əliyevanın ömür yolundan, zəngin elmi fəaliyyətindən, həmçinin tibb elmində qazandığı uğurlardan söhbət açıblar.

Qeyd olunub ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın adı bu gün də Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. O, tibb elmimizin zirvəsində parlayan əbədiyyət Günəşi kimi səciyyələndirilir.