Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli dirçəlişin banisi

13.04.2023

Aprelin 13-də Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Yardımlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində mərkəzdə "Milli dirçəlişin banisi" adlı tədbir keçirilib.

Yardımlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı  Mirqiyas Əsgərov və Çayüzü kənd orta məktəb kollketivinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışaraq gənclərə, orduya göstərilən diqqət və qayğıdan, təhsilin inkişafına, həmçinin Azərbaycan adlı ölkənin dünyaya tanıdılması üçün atılan addımlardan bəhs edib.

Sonda tədbir iştirakçıları mərkəzdə mövcud olan eksponatlar və tərtib olunan sərgilərlə tanış olublar.