Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə Əliyeva insanlara nur bəxş edən ləyaqət simvolu kimi

14.04.2023

Aprelin 12-də Yardımlı rayon Tarix-Diyarşünaslıq muzeyində akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı "Zərifə Əliyeva insanlara nur bəxş edən ləyaqət simvolu kimi" adlı tədbir keçirilib.

Muzey əməkdaşlarının və Yardımlı rayon Köryədi kənd ümumi orta məktibinin şagirdlərinin iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin əməkdaşı Əlisəfa Əhmədoğlu və məktəbin müəllimi İfadə Ağayeva çıxış edərək vurğulayıblar ki,  2023-cü il Azərbaycanda iki unudulmaz insanın - müasir Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq alim və həkim Zərifə xanım Əliyevanın 100 illik yubileylərinin qeyd olunması ilə əlamətdardır. Eyni zamanda qeyd olunub ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır.


Yekunda muzey əməkdaşı Aqil Əlizadənin rəhbərliyi ilə məktəblilərin muzeyə ekskuriysaı təşkil olunub.