Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yanğın təhlükəsinə qarşı taktiki məşqələlər

13.04.2023

Aprelin 11-12 və 13 də Masallı Tarix -Diyarşünaslıq Muzeyində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) təşkilatçılığı ilə yanğın təhlükəsinə qarşı taktiki məşqələləri keçirilib.

Masallı rayon DYMH-nin rəis mavini, mayor Nəsimi Əliyevin rəhbərliyi altında keçirilən taktiki məşqələlərdə muzeyin və qalereyanın əməkdaşları yanğın və texniki təhlükəsizlik qaydaları ilə tanış olublar. Eyni zamanda müəssisələrin işçilərinə yanğının qarşısının alınması, təhlükəli hallar baş verdikdə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı müvafiq təlimatlar verilib.