Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Muzeydə fiziki məhdudiyyətli şəxslər üçün ekskursiya təşkil olunub

13.04.2023

Aprelin 13-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində Əlil Sahibkarlar İctimai Birliyinin bir qrup üzvü üçün ekekursiya təşkil olunub.

Fiziki məhdudiyyətli vətəndaşlarla mədəniyyət xidmətlərindən asan istifadənin mümkünlüyü və onun əlçatanlığının  aşılanlaşdırılması məqsədini daşıyan maarifləndirici-sosial xarakterli ekskursiyada İctimai Birliyin xalçaçılıq, dərzilik kurslarının müəllim və tələbələri iştirak edib.

Ekskursiya zamanı muzeyin direktoru Əntiqə Tağıyeva İctimai Birliyin üzvlərinə muzey haqqında ətraflı məlumat verib, onları eksponatlarla tanış edib.