Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri və qazilər ziyarət olunub

13.04.2023

Aprelin 13-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarənin sturukturuna daxil olan Cəlilabad rayon mədəniyyət müəssisələrinin və  Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon Komitəsinin əməkdaşları rayonun Fərzili, Privolnoye, Hacıcavad kəndlərində yaşayan qazi və şəhid ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin və qazilərin 44 günlük Vətən müharibəsində göstərdikləri igidlik və qəhrəmanlıqlardan danışılıb, şəhid valideyinlərinin övladları haqqında xatirələri dinlənilib.