Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir

13.04.2023

Aprelin 13-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir” mövzusunda tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva,  , Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecinin müəllimi Elçin Ağayev, N. Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ellanora Babayeva və muzeyinin əməkdaşı Sevinc Əliyeva  çıxışlarında Ulu Öndər Heydər Əliyevin bütün həyatını doğma xalqına həsr etdiyini, Vətənə, millətə ləyaqətlə, sədaqətlə xidmət etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, istər sovetlər dövründə, istərsə də müstəqillik dönəmində Azərbaycan üçün ən həlledici anlarda məhz Heydər Əliyevin liderlik keyfiyyətləri, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib.

  Yekunda Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib.