Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nurlu ömrün salnaməsi

12.04.2023

Aprelin 12-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Masallı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Masallı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ərazi partiya təşkilatının sədri Zamin Məmmədov, Masallı Dövlət Regional Kolleci ərazi partiya təşkilatının sədr müavini Dilarə Hüseynova, səhiyyə, təhsil və mədəniyyət nümayənədləri iştirak edib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva çıxış edərək akademik Zərifə Əliyevanın mənalı ömrünün böyük hissəsini insanların sağlamlığının, gözlərinin nurunun qorunmasına və bir çox digər humanist fəaliyyətlərə həsr etməsindən, habelə öz ixtisasının görkəmli mütəxəssisi olmaqla bərabər, dünyaca məşhur oftalmoloq-alim olmasından, onun elmi fəaliyyətlərinin dünya oftalmologiya elminin zənginləşməsinə xidmət etməsindən danışıblar.

Qeyd olunub ki, Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva dahilik zirvəsində qərar tutan doğmalarının bütün gözəllik əlamətlərini özündə cəmləşdirərək özü də eyni səviyyəyə yüksəldi, əbədiləşdi, ölməzliyə qovuşdu və hazırda da malik olduğu ecazkar xüsusiyyətlərini, zəngin irsini Azərbaycan gəncliyinin sonrakı nəsillərinə ötürməkdə, özünün alim, müəllim və ictimai xadim böyüklüyü, vətənpərvərlik, xeyirxahlıq və sülhsevərlik missiyaları ilə, əsl Azərbaycan anası, əsl türk xanımı qeyrəti və qüdrəti ilə hər kəsə örnək olmaqda davam edir”.

Sonrda “Əsl məhəbbət” adlı  sənədli film izlənilib.