Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərərin məhdudlaşdırilması üçün etik qaydaları öyrənək

11.04.2023

Aprelin 11-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”  çərçivəsində  “ Zərərin məhdudlaşdırılması üçün etik qaydaları öyrənək” mövzusunda tədbir keçirilib.  

Rayon İcra Hakimiyyətinin təşəbbüsü, muzeyin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə  Sakit Tağıyev adına şəhər 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva və elmi işçi  Dilgüşə Məmmədova çıxışlarında etik qaydaların işığında azyaşlıların diqqət etməli olduqları məsələlərdən və  çətin hallarda düzgün nəticələr çıxarmaqla bağlı hallardan söz açaraq şagirdlərə müvafiq tövsiyələr veriblər. Sonra uşaqlara mövzu ilə bağlı müəyyən suallar verilərək ,onlarla fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılar muzey və qalereyaya ekskusiya edərək regionun tarixi, adət ənənələri, qəhrəmanları, tanınmış şəxsiyyətləri, rəngarəng rəsm tabloları ilə tanış olublar.