Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərifə Əliyeva-100

11.04.2023

Aprelin 11-də Yardımlı rayon Mərkəzi Kitabxanasının və Xaqani Abiyev adına Yardımlı rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə xəstəxanada Görkəmli oftalmoloq-alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Təşkilatçı müəssisə əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə akademik Zərifə Əliyevanın və şəhidlərin xatirəsi ehtiramla yad edilib.

MKS-in şöbə müdiri Vasif Abdulov həkim və tibb işçilərindən Sadiq Nəcəfov, Murad Məmmədli, Zabit Zeyniyev çıxışlarında Zərifə Əliyevanın böyük alim, görkəmli həkim olmaqla bərabər, həm də nümunəvi ziyalı-şəxsiyyət olduğunu qeyd ediblər.