Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Bahar oğlu” adlı ədəbi-bədii gecə

16.03.2023

Martın 16-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində mədəniyyət mərkəzinin təşkilatçılığı ilə görkəmli dramaturq və şair Cəfər Cabbarlıya həsr olunmuş “Bahar oğlu” adlı ədəbi-bədii gecə keçirilib.

Əvvəlcə Cəfər Cabbarlının həyat və yaradıcılığından ibarət videoçarx nümayiş olunub. Sonra Masallı regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova çıxış edərək ədibin həyat və yaradıcılığından söz açıblar.

Bildirilib ki, C.Cabbarlı Mirzə Fətəli Axundzadə ilə başlanan milli dramaturgiyamızı inkişaf etdirərək zənginləşdirib, yeni mərhələyə yüksəldib. Qüdrətli sənətkar ədəbiyyatımızda həm də şair kimi tanınır. Cümhuriyyət dövründə milli vətənpərvərlik ruhunda şerlər yazan Cəfər Cabbarlının lirik parçalarına bir çox gözəl mahnılar da bəstələnib. Bir şair olaraq Cəfər Cabbarlı yaradıcılığı üçün daha çox lirik-romantik və satirik şerlər səciyyəvidir.

Sonra Cəlilabad rayon Uşaq İncəsənət Məktəbinin şagird və müəllim kollketivi tərəfindən C.Cabbarlının sözlərinə yazılmış mahnılar səsləndirilib.