Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şuşa açılan səhərim” adlı ədəbi-bədii gecə

09.02.2023

Fevralın 9-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Şuşa açılan səhərim” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı Təhsil sektorunun əməkdaşları, mədəniyyət nümayəndələri, Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olnub.

Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailov tədbirdə çıxış edərək bildirib ki, Şuşa Qarabağın gözəlliklər diyarı, mədəniyyət beşiyi olmaqla yanaşı, həm də bir çox tarixi şəxsiyyətləri, şair və yazıçıları, görkəmli incəsənət və mədəniyyət xadimləri ilə məşhurdur. Sonra Masallı Xalq Teatrının rejissoru Camaləddin Əliyev çıxışında qeyd edib ki, Şuşa şəhəri Azərbaycan ədəbiyyatına, musiqisinə və incəsənətinə böyük töhfələr bəxş edən tanınmış şair, yazıçı, musiqiçi və sənətkarların vətənidir. Onların yaşadıqları bina və evlər də şəhərin hüsnünə gözəllik gətirən, ona özünəməxsus yaraşıq və kolorit verən ünvanlar hesab olunur.

Tədbir Mədəniyyət Mərkəzinin Xalq Teatrının hazırladığı “Şuşa açılan səhərim” tamaşasından bir səhnə ilə başa çatıb.