Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salam Qədirzadə - 100

10.04.2023

Aprelin 10-da Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı, dramaturq Salam Qədirzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Kitabxana əməkdaşlarının və oxucuların iştirak etdiyi tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub.

Tədbirdə kitabxananın əməkdaşları Rasif Dadaşov və Şəmsurə Nəsirova yazıçı Salam Qədirzadənin həyat və yaradıcılığından danışaraq, onun gözəl əsərləri ilə oxucuların ürəyində və yaddaşında özünə daimi yer tutduğunu bildiriblər.

Məlumat verilib ki, 1923-cü ildə anadan olmuş Salam Qədirzadə Azərbaycan Dövlət Universitetində və Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. “Kirpi” jurnalının baş redaktoru olmuş Salam Qədirzadənin “Qış gecəsi”, “46 bənövşə”, “Nar çiçəyi nağılı”, “Sevdasız aylar”, “Sən olmasaydın” roman, povest və hekayələrdən ibarət kitabları gənclərin mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edir. Həmçinin satirik povest və hekayələrin, “Şirinbala bal yağır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım” kimi səhnədən düşməyən komediyaların müəllifi olan yazıçı Salam Qədirzadənin “Bir qız bir oğlanındır”, “Sevginin ünvanı ürəkdir”, “Hər gün ömürdən gedir” kimi kitabları öz dövründə böyük tirajla çap edilmişdir.