Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sağlam Həyat

07.04.2023

Aprelin 7-də Yardımlı rayon Tarix-Diyarşünaslıq Muzeyində "Sağlam Həyat" mövzusunda tədbir keçirilib.

Muzeyin əməkdaşlarının, Köryədi kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin təşkilində məqsəd, gənclərin sağlam həyat tərzi barədə dünyagörüşünün formalaşdırılması, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı maarifləndirmənin aparılması olub.

Muzeyin əməkdaşı Əlisəfa Əhmədoğlu, məktəbin müəllimləri İfadə Ağayeva, Zakir Əbişov və Əlimusa Cəfərov çıxış edərək, narkotik asılılığın yaranma səbəbləri, narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, onların sağlamlığa zərərli təsiri barədə məlumatlar veriblər. Çıxışlarda gənclərə sağlam həyat tərzi seçmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib.

Sonda şagirdlər muzeyə ekskursiya ediblər.