Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

7 aprel-Ümumdünya Sağlamlıq Günüdür

07.04.2023

Aprelin 7-də Masallı rayon Mərkəzi Kitabxanasında Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “7 aprel – Ümumdünya Sağlamlıq Günüdür” adlı tədbir keçirilib.

Tədbirdə  əvvəlcə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Kitabxananın əməkdaşları Şəmsurə Nəsirova, Aidə Quliyeva və Gülər Kərimova çıxış edərək bu günün tarixindən söhbət açıblar. Qeyd olunub ki, ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamları əsasında qəbul olunmuş dövlət proqramlarının icrası tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstələrin müayinəsi və dərmanla təchizatına geniş imkanlar yaradıb.