Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin Cəlilabad rayonuna səfərlərindən xatirələr

06.04.2023

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyevin Cəlilabad rayonuna səfərlərindən xatirələr” layihəsinə start verilib. Layihə çərçivəsində gənclər Ulu Öndər Heydər Əliyevin Cəlilabada səfərləri zamanı görüşdüyü insanlardan onunla bağlı xatirələri dinləyəcəklər.

Aprelin 6-da layihə çərçivəsində  YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ilə ilk görüş keçirilib. Görüş zamanı təşkilat sədri Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə Cəlilabad rayonuna səfəri ilə bağlı yadda qalan təəssüratlarını gənclərlə bölüşüb. Qarşılıqlı dialoq və sual-cavab formasında keçən görüş gənclərin marağına səbəb olub.